Frontend Proqramlaşma Kursu
Üç ay müddətində yüksək ixtisaslı təlimçilər tərəfindən hazırlanan
təlim proqramına uyğun olaraq sadədən mürəkkəbə doğru Frontend Proqramlaşma dilini öyrənməklə əmək bazarında tələb olunan mütəxəssislərdən biri olun.
Təlim proqramı
Niyə Frontend öyrənməliyəm?
Frontend proqramlaşdırma hal - hazırda həm yerli, həmdə xarici əmək bazarında ən çox tələb olunan və müasir dövrün ən populyar sahələrindən biridir.
Bu proqramlaşdırma dili web saytların yaradılması və optimallaşdırılması üçün istifadə edilir. Bu sahə ilə məşğul olan şəxslərə Frontend developerlər deyilir.
Frontend developerlər saytların və tətbiqlərin vizual olaraq dizayn edilməsini və interaktiv hissələrini yaradan proqramçılardır.
Əgər web saytların dizayn edilməsi ilə maraqlanırsınızsa və yaxudda öz layihələrinizi vizual olaraq inkişaf etdirmək istəyirsinizsə Frontend əsl sizin üçündür.
Biz DYC Academy olaraq, Frontend proqramlaşdırma kursunu peşəkar təlimçilər tərəfindən
əmək bazarının tələblərinə uyğun olaraq həyata keçiririk.
Təlim paketinə daxildir.
Kursun müddəti
Kurs 3 ay 36 saat olmaqla, həftədə 2 dəfə təşkil edilir.
Kursun vaxtı
Kurs saat 19:00 - 21:00 olmaqla online formada həyata keçirilir.
Dövlət sertifikatı
Kursu uğurla bitirən tələbələrə sertifikat təqdim olunur.
Mentor dəstəyi
Kursu müddətində və kursu bitirdikdən sonra mentor dəstəyi həyata keçirilir.
Kadr bankı
Kursu bitirən məzunları tələb olunan iş yerlərinə tövsiyyə edilir.
Tez - tez verilən suallar
Frontend kursları kimlər üçün nəzərdə tutulub?
Kurslar proqramlaşma sahəsinə maraqlı olan bütün şəxlər üçün nəzərdə tutulub.
Frontend proqramlaşdırma dilindən hansı sahələrdə istifadə olunur?
Frontend sadə və öyrənilməsi asan olan proqramlaşma dilidir. Bu dil vasitəsi ilə web saytların yaradılması, dizayn edilməsi və optimallaşdırılması üçün istifadə edilir
Frontend proqramlaşdırma kursu hansı formada həyata keçirilir?
Kurslar nəzəri və praktiki olmaqa online formada həyata keçirilir.
Frontend kursunun praktiki hissəsi hansı formada həyata keçirilir?
Kursların praktiki hissəsi real layihələr üzərində həyata keçirilir.
Frontend proqramlaşdırma kurslarını bitirənlərə sertifikat təqdim olunur?
Azərbaycan respublikasının Nazirlər Kabinetinin 163 nömrəli qərarına ilə əlavə təhsilin təşkili haqqında qaydalarına əsasən, kursu uğurla bitirən müdavimlərə sertifikat təqdim olunur.
Frontend proqramlaşdırma kurslarını kimlər tədris edir
Kursları Frontend proqramlaşdırma üzrə ixtisaslaşmış və bu sahədə yüksək təcrübəsi olan təlimçi tərəfindən tədris edilir.
Frontend proqramlaşdırma kurslarını bitirənlərə iş imkanları təklif olunurmu?
Kursları uğurla bitirən şəxslərə işlə təmin olunması üçün əməkdaşlıq etdiyimiz müxtəlif şirkətlərə tövsiyyə edilir.