Şəbəkənin Əsasları Kursu

İki ay müddətində yüksək ixtisaslı təlimçilər tərəfindən hazırlanan təlim proqramına uyğun olaraq sadədən mürəkkəbə doğru Şəbəkənin əsaslarını öyrənməklə əmək bazarında tələb olunan mütəxəssislərdən biri olun.


Təlim proqramı

Sualın var?

+994702252345

dycagroup@gmail.com

Niyə Şəbəkənin əsaslarını öyrənməliyəm?

Texnologiyanı dərindən öyrənmək istəyirsənsə, ilk addım şəbəkə bilikləridir! Şəbəkənin əsaslarını öyrənməklə internetin, serverlərin və kompüterlərin necə əlaqə qurduğunu anlayacaqsan. Bu bilik texnologiyanı başa düşmək, problemləri həll etmək və IT sahəsində karyera qurmaq üçün vacibdir. IT sahəsində parlaq karyera qurmaq və gələcəyin peşəsinə sahib olmaq üçün şəbəkənin əsasları sənin üçün güclü bir başlanğıcdır.

Biz DYC Academy olaraq, Şəbəkənin əsasları kursunu peşəkar təlimçilər tərəfindən əmək bazarının tələblərinə uyğun olaraq həyata keçiririk.

Təlim paketinə daxildir.

    Kursun müddəti

    Kurs 2 ay 32 saat olmaqla, həftədə 2 dəfə təşkil edilir.

    Kursun vaxtı

    Kurs saat 19:00 - 21:00 olmaqla online formada həyata keçirilir.

    Dövlət sertifikatı

    Kursu uğurla bitirən tələbələrə sertifikat təqdim olunur.

    Mentor dəstəyi

    Kursu müddətində və kursu bitirdikdən sonra mentor dəstəyi həyata keçirilir.

    Kadr bankı

    Kursu bitirən məzunları tələb olunan iş yerlərinə tövsiyyə edilir.

    Tez - tez verilən suallar


    Şəbəkənin əsasları kursları kimlər üçün nəzərdə tutulub?

    Kurslar İT sahəsinə maraqlı olan bütün şəxlər üçün nəzərdə tutulub.

    Şəbəkənin əsasları hansı sahələrdə istifadə olunur?

    Bu sahə İT, Mobil telefon şəbəkələri, internet xidmətləri, telefon xidmətləri, daxili şəbəkələr, şəbəkə təhlükəsizliyi, məlumatın qorunması, təhlükəli hücumlara qarşı müdafiə və məlumatların təhlükəsiz paylaşılması üçün şəbəkə əsaslı alətlər və s sahələrdə geniş istifadə olunur.

    Şəbəkənin əsasları hansı formada həyata keçirilir?

    Kurslar nəzəri və praktiki olmaqa online formada həyata keçirilir.

    Şəbəkənin əsaslarının praktiki hissəsi hansı formada həyata keçirilir?

    Kursların praktiki hissəsi real layihələr üzərində həyata keçirilir.

    Şəbəkənin əsaslarını bitirənlərə sertifikat təqdim olunur?

    Azərbaycan respublikasının Nazirlər Kabinetinin 163 nömrəli qərarına ilə əlavə təhsilin təşkili haqqında qaydalarına əsasən, kursu uğurla bitirən müdavimlərə sertifikat təqdim olunur.

    Şəbəkənin əsaslarını kimlər tədris edir

    Bu sahədə ixtisaslaşmış və yüksək təcrübəsi olan təlimçi tərəfindən tədris edilir.

    Şəbəkənin əsaslarını bitirənlərə iş imkanları təklif olunurmu?

    Kursları uğurla bitirən şəxslərə işlə təmin olunması üçün əməkdaşlıq etdiyimiz müxtəlif şirkətlərə tövsiyyə edilir.